Futbolçu 2 il 8 aydan sonra komadan ayıldı

“Ajax” klubunun futbolçusu Abdelhak Nuri 2 il 8 ay 19 gün keçirdiyi komadan ayılıb.

Futbolçu 2 il 8 aydan sonra komadan ayıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu haqda məlumatı “De Wereld Draait Door” nəşri yayıb.

Mənbə bildirir ki, 22 yaşlı Nuri artıq müstəqil şəkildə yeyə və əlil arabasında otura bilər.

“Xəstəxanada işlər əvvəlkindən daha yaxşı gedir. O, tanış bir mühitdə, ailəsi ilə birlikdə olduğunu bilir. Artıq komada deyil: yatır, asqırır, yemək yeyir. Amma bu o demək deyil ki, yatağından qalxır: yataq xəstəsidir.

Onun ünsiyyəti qaşlarından aydın görünür. Futbolu seyr edir, sonra danışırıq. Təbəssümü çox vaxt bizə sevinc gətirir”. Bu sözləri onun qardaşı  Abderrahim Nuri bildirib.

Hollandiyalı futbolçu 8 iyul 2017-ci ildə “Bremen” ilə mövsüm öncəsi oyunu zamanı huşunu itirib və xəstəxanaya aparıldıqdan sonra koma vəziyyətinə düşüb.