Gələn ay ikinci əl maşınlar bahalaşacaq – Ekspertdən AÇIQLAMA

"Zavodların dayanması prosesi qısa müddətli olarsa, avtomobil qıtlığı yaranmayacaq".

Gələn ay ikinci əl maşınlar bahalaşacaq – Ekspertdən AÇIQLAMA
https://peyk.az

Peyk.az bildir ki, bu sözləri TED.az-a açıqlamasında Toyota-nın Türkiyə fabrikinin bağlanmasına münasibət bildirən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, avtomobil istehsalı ilə məşğul olan böyük şirkətlər koronavirus pandemiyasından dolayı Avropa və Türkiyədəki zavodların fəaliyyəti müvəqqəti olaraq dondurulacaq: "Bu, istehsalın dayandırılması demək deyil. İstehsalın yalnız koronavirus riski olan sektorlarına məhdudiyyət tətbiq ediləcək".

 Ekspert vurğulayıb ki, əgər bu proses yay mövsümünü də əhatə etsə, ikinci əl avtomobil bazarında qiymətlər artacaq: "Aprel ayından ikinci əl maşınların qiyməti 5% civarında yüksələcək. Bu mövsümlə əlaqədardır. Avtomobil qıtlığı yaransa, onda qiymətlər 10%-ə qədər yüksələ bilər. Təzə maşınıara gəldikdə isə, demək lazımdır ki, qiymətlərin yüksəlməsi birbaşa olaraq milli valyutamıza bağlıdır. Manat ucuzlaşsa, yeni maşınların qiyməti buna nisbətdə yüksələcək".