Goranboyda minik maşını aşdı - yaralılar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Goranboyda minik maşını aşdı - yaralılar var
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Nadirkənd sakini Məmmədov İsmayıl İmran oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə maşın aşıb.

Qəza zamanı sürücü və onun həmkəndliləri – 1998-ci il təvəllüdlü Babayev Kənan Alim oğlu və 1998-ci il təvəllüdlü Verdiyev Rəşad Aqil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.