Hülya Avşar işləyən anaları tənqid etdi

Məşhur müğənni, aparıcı və aktrisa Hülya Avşar uşaqlarını dayələrə etibar edən anaları tənqid edib.

Hülya Avşar işləyən anaları tənqid etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, H.Avşar bu barədə yutub kanalında paylaşdığı videoda deyib:

“Övladımı özüm böyütmüşəm. Analar uşaqlarını böyütməli, atalar isə işləməlidir. Bu mövzuda mühafizəkaram. Çünki doğrusu budur. Kişilər işləyib evə pul gətirməli, həm özünü yaxşı hiss etməli, həm də kişi olduğunu hiss etdirməlidir. Dayə sistemi tamamilə yox olmalıdır. Bağçadan litseyə qədər qızımı məktəbə mən aparmışam”