Hərarəti yüksək olan qadın koronavirus testindən imtina etdi

Türkiyənin İstanbul şəhərində qızdırması olan qadın koronavirusa görə analiz vermək istəməyib.

Peyk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhətində problemlər olan qadın xəstəxanaya gedib.

Öncə qadının hərarətini ölçən tibb bacısı ona qızdırması olduğuna görə koronavirus analizinin verməli olduğunu bildirib.

Qadın isə qışqıraraq analiz vermək istəmədiyini bildirib: "Nə koronavirusu bacım, indi də başımıza bu çıxdı".

Qadının tibb bacısı ilə mübahisəsi sosial şəbəkədə paylaşılıb. İzləyicilərin bir çoxu qadını məsuliyyətsizlikdə günahlandırıb.