Huawei-dən idman tərz dizaynda hazırlanmış Watch GT2e smart saatı

Dünən Huawei şirkəti P40 flaqman smartfon seriyası ilə birlikdə həmçinin Watch GT2e adlı smart saat modelini də təqdim etdi.

Huawei-dən idman tərz dizaynda hazırlanmış Watch GT2e smart saatı
https://peyk.az

Faktiki olaraq bu, standart GT2 smart saatıdır. Lakin yeni model idman tərz dizaynda hazırlanıb və cavan insanlar üçün nəzərdə tutulub. Sözügedən smart saat modeli 2 həftə ərzində avtonom rejimdə çalışmağı və istifadəçinin fiziki aktivliklərini təyin etməyi bacarır. Sudan qorunan və paslanmaz poladdan hazırlanmış 46 mm ölçülü gövdəyə sahib Huawei Watch GT2e smart saatı 454x454 piksel keyfiyyətli 1.39 düym AMOLED ekran ilə təchiz olunub.

    Digər GT2 modellərində olduğu kimi GT2e modelində də Bluetooth 5.1 dəstəkli Kirin A1 prosessorundan istifadə olunub. Bu smart saat idman məşqləri zamanı fiziki aktivliyi təyin etməyi, istifadəçi tərəfindən atılmış addımları saymağı, yandırılmış kaloriləri hesablamağı, ürək döyüntülərini və qanda olan oksigen miqdarını təyin etməyi bacarır. Bununla yanaşı istifadəçi GT2e vasitəsilə smartfonuna gələn zəngləri qəbul edə, bildirişlərə baxa və musiqi idarəetməsini reallaşdıra bilər.

    Bundan əlavə olaraq smart saatın sahib olduğu 4 GB daxili yaddaş həcminə 400-ə yaxın musiqi yükləmək olar. Beləliklə istifadəçi smartfona ehtiyac duymadan smart saat vasitəsilə istədiyi musiqiləri dinləyə bilər. Şirkətin orijinal prosessoru və proqram təminatı sayəsində GT2e modeli 455 mAh enerji tutumlu batareyanın köməyilə 14 gün ərzində avtonom rejimdə çalışa bilir. Huawei Watch GT2e 20 aprel tarixində 199 avro qiymətində satışa çıxacaq.