Kiyevdəki Rusiya səfirliyinə hücum oldu

Ukraynanın paytaxtı Kiyevdə sağ təmayüllü qrup “Könüllülər günü” adlı aksiyalar təşkil edib.

Kiyevdəki Rusiya səfirliyinə hücum oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, aksiya zamanı nümayişçilər Rusiya səfirliyinə hücum ediblər. Etirazçılar pirotexniki vasitələrlə səfirlik binasını hədəfə alıblar. Dərhal əraziyə çox sayda təhlükəsizlik əməkdaşı cəlb edilib.

Onların səyi nəticəsində etirazçılar ərazidən uzaqlaşdırılıb. Qeyd edək ki, 2014-cü ildə Ukraynanın şərqindəki münaqişə zamanı orduya yüzlərlə insan dəstək verib. Özlərini “könüllülər” adlandıran qrup, həmin ildən bəri “könüllülər günü” adlı aksiyalar təşkil edirlər.