Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı

Kolumbiyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş şəxs dünyasını dəyişib.

Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı
https://peyk.az

Peyk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabında yazılıb. Məlumata görə, 58 yaşlı kişi virusa sürücü işlədiyi zaman italiyalı turistlərdən yoluxub.

Qeyd edək ki, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 210 nəfərdir. Hazırda üç nəfər sağalaraq evə buraxılıb. Xatırladaq ki, Kolumbiyada koronavirusa görə fövqalədə vəziyyət elan olunub.