Koronavirus Tanzaniyada da qeydə alındı

Tanzaniyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Koronavirus Tanzaniyada da qeydə alındı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Virusa martın 15-də Belçikadan qayıtmış 46 yaşlı qadın yoluxub.

O, ölkəyə gəldikdən sonra karantinə alınıb, virus təsdiq olunduqdan sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, indiyədək koronavirusa 159 ölkədə 173 mindən çox yoluxma qeydə alınıb. 6 665 nəfər həyatını itirib.