Koronavirusa yoluxmuş həkim sağalmağa yardım edən 3 SADƏ VASİTƏNİ açıqladı

Böyük Britaniyadan olan həkim Kler Cerada BBC jurnalistlərinə COVID-19 virusundan necə sağaldığından danışıb.

Koronavirusa yoluxmuş həkim sağalmağa yardım edən 3 SADƏ VASİTƏNİ açıqladı
https://peyk.az

Həkimin sözlərinə görə, o, Nyu-Yorka iş konferensiyasına gedəndə virusa yoluxub.

Evə qayıdanda 60-yaşlı qadın özündə boğazda ağrı, quruluq, quru öskürək, yorğunluq, titrəmə, yüksək qızdırma kimi simptomları müşahidə etməyə başlayıb.

“Mən anladım ki, bu koronavirusdur. Mən heç zaman ciddi xəstələnmirdim və qrip sezonu da bitib. Mən test etdim və nəticə müsbət çıxdı”, - Kler bildirib.

“Bu xəstəlik qripdən daha təhlükəlidir. Mən cavan insan deyiləm, mənim 60 yaşım var. Lakin məndə heç bir xroniki xəstəlik olmadığından mən bilirdim ki, virus məni öldürməyəcək”.

İlk növbədə Kler özünü digər insanlardan izolyasiya edib və ev şəraitində özünü müalicə etməyə başlayıb.

Onun ev şəraitində müalicəsi çox sadə idi. Belə ki, həkim toyuq supu yeyirdi. Həkimlər bu yeməyi “təbii penisillin” adlandırırlar. Toyuq supunda olan maddələr nəfəs yollarını təmizləməyə də yardım edir.

Həmçinin həkim qızdırmasını salmaq üçün gündə 3 dəfə parasetamol içirdi və çoxlu maye qəbul edirdi.

“Toyuq supu, parasetamol və bol mayenin qəbulu mənə virusdan sağalmağa yardım etdi. Həm də mən çox yatırdım. Mənim yadımda deyil ki, mən nə vaxtsa bu qədər yatım”, - Kler BBC-yə bildirib.

4 gündən sonra qadının vəziyyəti yüngülləşməyə başlayıb və bir müddətdən sonra o, sağalıb.

Bütün dünyada mütəxəssislər qeyd edir ki, koronavirus əksər hallarda yüngül keçir və ağırlaşmalara səbəb olmur. Lakin yaşlı (65 yaşdan yuxarı) və həmçinin ağır ürək və ağciyər xəstəlikləri, astma, şəkərli diabetdən əziyyət çəkən insanlarda ağır fəsadların inkişafı riski yüksək ola bilər.