Koronavirusdan zərər görən vətəndaşlar kompensasiya alacaq - 712 AZN

"Seçilmiş fəaliyyət sahələri iki qrupa ayrılacaq:

Koronavirusdan zərər görən vətəndaşlar kompensasiya alacaq - 712 AZN
https://peyk.az

I. Tam zərər çəkən sahələr, II. Qismən zərər çəkən sahələr. Əməkhaqqına subsidiyaya iki əmsal tətbiq ediləcək: I. Tam sərər çəkən sahələrdə 1 (bir), II. qismən zərər çəkən sahələrdə isə 0.7. Yəni əgər Siz birinci kateqoriyaya aid fəaliyyət sahəsində muzdla çalışır və 700 manat maaş alısınızsa bu məbləğ tam həcmdə ödəniləcək".

Peyk.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərlə bağlı bildirib. 

Ekspertin fikrinə görə, əgər siz ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışır və 700 manat maaş alırsınızsa, bu zaman 700 manata 0.7 əmsal tətbiq ediləcək və Sizə 490 manat ödəniləcək.

Rəşad Həsənov əlavə edib ki, kompensasiyanın maksimum həcmi 712 manatdan (2020-ci ilin yanvar ayı üçün orta aylıq əməkhaqqı məbləği) artıq olmayacaq:

"Kompensasiya təxminən 304 min muzdlu çalışana aid ediləcək. İctimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır".