Koronavirusla bağlı maarifləndirmə aparılarkən bomba partladıldı: 20 yaralı var

Tailandın cənubundakı Yala şəhərində ictimai binada bomba partladılıb.

Koronavirusla bağlı maarifləndirmə aparılarkən bomba partladıldı: 20 yaralı var
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə nəticəsində ən az 20 nəfər yaralanıb.

Polkovnik Pramote Promin hücumda əl bombası və bomba quraşdırılmış avtomobildən istifadə edildiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə insanın iştirakı ilə yeni tip koronavirusla bağlı maarifləndirmə aparıldığı zaman bomba partladılıb.

Hücumu hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.