Koronavirusla mübarizədə böyük uğur – Son məlumat açıqlandı

Son 24 saatda yeni tip koronavirusun (Kovid-19) ortaya çıxdığı Çinin Uxan şəhərində cəmi 1 nəfərdə yoluxma halı qeydə alınıb.

Koronavirusla mübarizədə böyük uğur – Son məlumat açıqlandı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi açıqlama yayıb.

Açıqlamada son 24 saat ərzində Çin miqyasında 21 nəfərin koronavirusa yoluxduğu bildirilib. Bu müddətdə “koronavirusun vətəni” adlandırılan Uxanda cəmi 1 nəfərdə yoluxmanın qeydə alınması diqqət çəkib.

Bununla ölkədə yoluxanların sayı 80881 nəfər çatıb. Bu günədək Çində 3226 nəfər virusdan həyatını itirdiyi halda, 68679 nəfər müalicə olunaraq evlərinə buraxılıb.

Uxanda yoluxma hallarının kəskin səviyyədə aşağı düşməsi çinli mütəxəssislərin bölgədə koronavirusla mübarizədə böyük uğurlar əldə etməsi ilə əlaqələndirilir.

Yeni tip koronavirusa ilk dəfə 2019-cu il dekabr ayında Çinun Uxan şəhərində rast gəlinib.