Koronavirusun qripp və soyuqdəymədən fərqi - ÖSKÜRƏYƏ fikir verin!

Koronavirusun bir çox simptomları soyuqdəymə və qriplə eynidir. Onları biri birindən fərqləndirmək üçün öskürəyə fikir vermək lazımdır.

Koronavirusun qripp və soyuqdəymədən fərqi - ÖSKÜRƏYƏ fikir verin!
https://peyk.az

Peyk.az bildirir ki, bu haqda The Daily Record məlumat verib.

COVID-19 zamanı öskürək çox güclü və üzücü olur. Öskürəyin nəticəsində bütün döş qəfəsində ağrılar  yaranır, bəzən öskürək hətta qusmaya səbəb olur.

Bundan əlavə koronavirus zamanı öskürək tutmaşəkilli olur, insan öskürəndə boğulmağa başlayır. Bu zaman ağciyərdə güclü spazmalar olur ki, insan nəfəs almaqda çətinlik çəkir.

“1 saat və bundan çox müddət ərzində güclü öskürək koronavirusun simptomudur. Belə öskürək tutmaları sutka ərzində 3 dəfə və daha çox təkrarlana bilir. Digər simptom – sinə və beldə güclü yanma hissi” – məqalədə qeyd olunur.