La Liqada mövsüm ləğv olunacaq?

La Liqa rəhbərliyi koronavirus pandemiyasına görə dayandırılmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.

La Liqada mövsüm ləğv olunacaq?
https://peyk.az

Peyk.az xəbər verir ki, “Marca” nəşri  çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalının az olduğunu yazıb. Turnirin yayda - iyunun 27-i bərpasının planlaşdırıldığı vurğulanıb.

Bildirilib ki, La Liqa bu tarixə kimi yenidən başlamasa, o zaman böyük ehtimalla 2019/2020 mövsümü ləğv ediləcək. Xəbərdə planlardan birinin həftədə 3 oyun olmaqla, çempionatı 5 həftəyə bitirmək olduğu qeyd olunub.