"Liverpul" 103 milyon avroya hücumçu alır

“Liverpul” klubu qarşıdan gələn yay transfer pəncərəsi dövründə “Lill”in forvardı Viktor Osimheni transfer edəcək.

"Liverpul" 103 milyon avroya hücumçu alır
https://peyk.az

Peyk.az İngiltərə mediasına istinadən xəbər verir ki,  Fransa təmsilçisi 21 yaşlı nigeriyalı futbolçusunu 94 milyon funt-sterlinq (103 milyon avro) qarşılığında satmağa hazır olduğunu bildirib.  Onu transfer etmək üçün əsas favorit isə "Liverpul"dur. Hücumçu bu mövsüm komandası ilə keçirdiyi 38 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Osimhen 2019-cu ildən "Lill"də çıxış edir.