Liviya paytaxtı ətarfında döyüşlər yenidən baş qaldırıb Xəlifə Haftarın ordusu irəliləyib

Mərkəzi qərargahları Benqazidə yerləşən "Liviya Milli Ordusu" paytaxt Tripolinin qərbində bir neçə bölgəni nəzarətə götürüb.

Liviya paytaxtı ətarfında döyüşlər yenidən baş qaldırıb Xəlifə Haftarın ordusu irəliləyib
https://peyk.az

Peyk.az salamNews-a istinadla xəbər verir ki, bu barədə "Liviya Milli Ordusu" bəyanat verib.

Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu"nun bəyanatında bildirilib ki, Tripolinin qərbində əl-Cəmil, Raqdalin və Zlitan qəsəbələri nəzarətə götürülüb.

Paytaxt Tripoli və və bir sıra sahil əyalətlərini nəzarətdə saxlayan "Milli Barışıq Hökuməti" paytaxtın qərbində Xəlifə Haftarın Ordusunun hücumunun qarşısını aldıqlarını bildiriblər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevral ayında Liviyada atəşkəslə bağlı qərar qəbul etsə də, ölkənin əksər hissəsini nəzarətdə saxlayan "Liviya Milli Ordusu" komandanı general Xəlifə Haftar paytaxt istiqamətdə əməliyyatların davam edəcəyini bildirib.