Mövsümün aqibəti necə olacaq? - UEFA prezidenti açıqladı

UEFA prezidenti Aleksandr Çeferin Avropa futbolunda mövsümün davamı ilə bağlı planlarını bölüşüb.

Mövsümün aqibəti necə olacaq? - UEFA prezidenti açıqladı
https://peyk.az

Peyk.az "La Repubblica"ya istinadən xəbər verir ki, o, bu mövsüm üçün üç seçim olduğunu söyləyib:

"Üç seçim var, mayın ortası, iyun və ya iyulunda sonunda yenidən turnirləri bərpa etmək. Əgər bunu reallaşdıra bilməsək, yəqin ki, mövsüm tamamlanmayacaq. Ya da növbəti mövsümün daha gec başlanması şərti ilə hazırkı mövsümü bitirmək olar.Liqalar və klublar üçün ən yaxşı yolun hansının olacağına baxacağıq".