Məşhur aparıcı "Maşın"da qazandığı avtomobillə qəza keçirdi

Tanınmış aktrisa və aparıcı Xəyalə Quliyevanın "Maşın" şouda udduğu avtomobildə qəza keçirməsi ilə bağlı xəbərlər yayılıb.

Məşhur aparıcı "Maşın"da qazandığı avtomobillə qəza keçirdi
https://peyk.az

Peyk.az xəbər verir ki, aktrisa məşhur şouda qazandığı avtomobildə qəza keçirməsi ilə bağlı yayılan xəbərlərə instaqramda cavab verib: "Dostlar, xəbərlərdə maşınımla qəza keçirdiyimi yazıblar. Dostlarım da haqlı olaraq narahat olub, mənə yazırlar. Demək istəyirəm ki, mən də yaxşıyam, maşın da. "Qəza" sözü bir az böyük səslənib. Sadəcə azacıq buferini sürtmüşdüm, o da düzəldi. Yəni, olan şeydir, narahatlığa səbəb yoxdur. Maraqlandığınız üçün təşəkkür edirəm".
Məşhur aparıcı "Maşın"da qazandığı avtomobillə qəza keçirdiMəşhur aparıcı "Maşın"da qazandığı avtomobillə qəza keçirdi