Madonna tam soyundu və vannada koronavirusdan danışdı - VİDEO

Amerikalı müğənni Madonna koronavirusu “böyük ekvalayzer” adlandırıb və müəyyən mənada “gözəl” olduğunu qeyd edib.

Peyk.az xəbər verir ki, o, tam soyunaraq vannada koronavirusdan bəhs edən video paylaşıb.

Video ulduzun İnstagramdakı səhifəsində yer alıb.

Videoda Madonna vannada tamamilə çılpaq görsənir. Ulduz çılpaq sinəsini dizləri ilə örtür və kranın dəstəyindən tutur.