Makron koronavirusa görə orduya göstəriş verdi

Fransa Prezidenti Emmanuel Makron ölkədə koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün ordunun iştirakı ilə “Dözümlülük” əməliyyatını elan edib.

Makron koronavirusa görə orduya göstəriş verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı RFI nəşri yayıb.

Makron hərbçilərin “sanitar, maddi-texniki və qoruyucu” funksiyaları yerinə yetirəcəyini qeyd edib.

“Biz müharibə vəziyyətindəyik və Baş Qərargah rəisinin təklifi ilə terrorizmə qarşı əməliyyatla yanaşı Résilience (“Dözümlülük”) əməliyyatına başlamaq göstərişini verdim” deyib.

Fransa lideri, həmçinin koronavirusla mübarizədə əhalini milli birliyə çağırıb və səhiyyə sahəsinə ciddi maliyyə yardımları vəd edib.

Fransa bu yaxınlarda qoşunlarını İraqdan çıxarıb. İraq ordusu iddia edir ki, fransız qüvvələri hökumətlə bağlanmış bir müqavilə çərçivəsində geri çəkilib.

Xatırladaq ki, Fransada gündəlik koronavirusdan ölənlərin sayı rekord həddə çatıb. Ölkədə 22 mindən çox xəstəlik hadisəsi qeydə alınıb, bir gündə 240 nəfər ölüb.