Meksika ABŞ-la sərhəd keçidini bağlayıb

Meksikanı ABŞ-a bağlayan Arizonanın Sonora əyalətində bir qrup nümayışçi koronavirus səbəbiylə ABŞ vətəndaşlarına "Evinizdə qalın" şüarları ilə sərhəd keçid məntəqəsini bağlayıblar.

Meksika ABŞ-la sərhəd keçidini bağlayıb
https://peyk.az

SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

112 milyon əhalisi olan ölkədə bu günə qədər 475 hadisə görülüb, yalnız 6 nəfər Covid-19-a yoluxmadan ölüb.

Üzlərində maska ​​ilə minlərlə meksikalı hakimiyyətin koronavirus ilə bağlı heç bir tədbir görməməsinə etiraz olaraq, hətta iş üçün icazə verilən sərhəd keçidlərinin də dayandırılmasını tələb edib.

Nümayişçilər ABŞ-dan Meksika sərhəddinə keçən hər bir şəxsin Covid-19 sınağından keçməli olduqlarını bildirərək, məktəb və iş səbəbiylə hər gün ABŞ sərhədinə səyahətlərin də dayandırılmasını istəyiblər.

Etirazçıların lideri Jose Luis Hernandez ABŞ-ın Arizona xalqına müraciət edərək "Yerli hökumətin bu epidemiya ilə əlaqədar effektiv işi yoxdur və bununla necə mübarizə aparacağını bilmirlər. Nogales sərhəd-keçid məntəqəsindəyik, çünki Meksika prezidenti Andres Manuel Obradorun ən qısa müddətdə tədbirlər görməsi lazımdır" deyib.

Etirazçılar həmçinin ABŞ-dan qovulan meksikalı mühacirlərin də koronavirusa görə test edilməsini tələb ediblər və tələbləri yerinə yetirilməyəcəyi təqdirdə DeConcini keçid məntəqəsini bağlayacaqlarını bildiriblər.