Metroda koronavirus zarafatı etdi. həbs olundu

Qazaxıstanda "koronavirus" zarafatı edən gənc saxlanılıb.

Metroda koronavirus zarafatı etdi. həbs olundu
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı blogger Almatı şəhərində metrolardan birində pandemiya xəbərləri yayıldığı bir vaxtda insanlarla zarafat etmək qərarına gəlib. O, yalandan insanların üstünə öskürərək onlarda təşviş yaradıb.

Öz hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirən blogger bununla da hüquq mühafizə orqanlarının diqqətini çəkib. O, saxlanılaraq polis bölməsinə gəlib. Etdiyi hərəkətə görə peşman olan və üzr istəyən gənc 10 sutkalıq həbs olunub.