Neft müharibəsi dayanmasa qiymət 10 dollara düşə bilər

ABŞ Səudiyyə Ərəbistanına müraciət etdi...

Neft müharibəsi dayanmasa qiymət 10 dollara düşə bilər
https://peyk.az

Britaniyanın məşhur "Guardian" qəzeti yazır ki, Səudiyyə Ərəbistanın hasilatı günə 3 milyon barrel artırmaq planlarının icrasına hazırlaşdığı bir vaxtda dünyanın neft anbarlarında boş yer qalmaya bilər.

Çindəəsas neft emalı zavodları koronavirus epidemiyası ilə bağlı olaraq yanvar ayından bəri işi dayandırıb və qlobal neft anbarları dörddə üç nisbətində doludur. Bu da qeyd olunur ki, başqa xammal növləri və materiallarla yanaşı neftə tələbat da kəskin azalıb.

Kanadanın neft anbarları onun özünün hasil etdiyi neftlə az qala ağzınadək dolmaqdadır. Təhlilçilər Qərbi Kanada regionunda neft hasilatının günə 400 min barrel azaldılacağını gözləyirlər. Onlar bildirirlər ki, hazırda neft hasilatçıları izafi neftin anbarlanması üçün dənizlərdəki neft tankerlərinə ümid edirlər.

"Rystad Energy" analitik mərkəzi xəbərdarlıq edib ki, belə gedərsə, neftin bir barrelinin qiyməti 10 dollaradək düşə bilər. Rusiyanın OPEC-lə razılaşmadan çıxması ilə bağlı başlanmış qiymət müharibəsi dünya bazarlarına gələn neftin həcmini günə daha 2, 5 milyon barrel artıra bilər.