Nigeriyada küçələri dəvəyə quraşdırılan dezinfeksiya sistemi ilə təmizləyirlər

Çindən digər ölkələrə yayılan koronavirus cəmi bir neçə ay ərzində dünyanı çökdürərək ən güclü dövlətləri belə, qorxuya sala bilib.

Nigeriyada küçələri dəvəyə quraşdırılan dezinfeksiya sistemi ilə təmizləyirlər
https://peyk.az

Son məlumatlara əsasən, ümumilikdə 870 mindən çox insan koronavirusa yoluxub, bu virusdan ölənlərin sayı 43 mini keçib.

Epidemiyanın yayıldığı bir çox ölkədə insanlara evdə qalmaq məsləhət görülür. İtaliya, Neapol və Hindistan kimi bəzi ölkələrdə komendant saatları elan olunub.

Peyk.az-ın haber7-yə istinadən verdiyi xəbərə görə, Nigeriyada koronavirusa qarşı tədbirlər fərqli üslubda keçirilir. Belə ki, burada küçələri dəvənin üstunə quraşdırılmış dezinfeksiya sistemi ilə təmizləyirlər.