Nigeriyada təlim düşərgəsi yerlə-yeksan edildi: Xeyli terrorçu öldürüldü

Nigeriyanın şimal-şərqində Boko Haramın təlim düşərgəsi məhv edilib.

Nigeriyada təlim düşərgəsi yerlə-yeksan edildi: Xeyli terrorçu öldürüldü
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin nümayəndəsi Bernard Onyeuke deyib.

O bildirib ki, Borno əyalətinin Alinva şəhərində terrorçuların toplaşdığı düşərgə aviazərbə ilə yerlə-yeksan edilib.

Onyeuke əməliyyatda xeyli sayda terrorçunun da öldürüldüyünü vurğulayıb.