Oğlum koronavirusdan öldü deyən qadın həbs edildi

Türkiyənin Konya vilayətində yaşayan suriyalı bir qadın 7 yaşlı ögey oğlunu döyərək öldürdükdən sonra uşağın koronavirusdan öldüyünü deyib.

Oğlum koronavirusdan öldü deyən qadın həbs edildi
https://peyk.az
Qadının yalanı səhiyyə briqadalarının müayinəsindən sonra ortaya çıxıb.
Peyk.az xəbər verir ki. 27 yaşlı qadın küçədə qardaşları ilə birlikdə kağız toplayan uşağı evə gec gəldiyi üçün döyüb.
Döyüldükdən sonra huşunu itirən uşaq bir neçə dəqiqə sonra həyatını itirib. Baş verən hadisədən sonra uşağı yatağına uzadıb qohumlarını çağıran qadın təcili tibbi yardıma zəng vurub və oğlunun  huşunu itirdiyini deyib.
Hadisə yerinə gələn tibb işçiləri və polisə oğlunun koronavirus səbəbi ilə öldüyünü deyən qadının  yalanı qısa müddət sonra ortaya çıxıb.
Müayinə zamanı uşağın bədənində zorakılıq əlamətləri olduğu təsbit edilib və qadın nəzarətə götürülüb. İfadəsi alınan qadın törətdiyi cinayəti etiraf edib.