Pedro “Çelsi”dən ayrılacağını açıqladı

“Çelsi”nin futbolçusu Pedro Rodriqes yayda komandanı tərk edəcək.

Pedro “Çelsi”dən ayrılacağını açıqladı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Mövsümün sonunda “Çelsi”dən ayrılacağam. İyunda müqaviləm bitir və hazırda dünyanın böyük problemi var. Buna görə də normal həyata qayıda bilmirik. Yenidən nə vaxt məşq edəcəyimizi də bilmirəm”. Qeyd edək ki, Pedro 2015-ci ildən “Çelsi”də çıxış edir.