Pentaqon bütün beynəlxalq xarici səfərləri TƏXİRƏ SALDI

ABŞ Müdafiə Naziri Mark Esper yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbiylə hərbi və mülki personal və ailələrin xaricdən ölkəyə daxil olmasını və səyahətlərini 60 gün müddətinə təxirə salıb.

Pentaqon bütün beynəlxalq xarici səfərləri TƏXİRƏ SALDI
https://peyk.az

Peyk.az xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada bu addımın ABŞ ordusunda Kovid-19 yayılmasının qarşısını almaq üçün atıldığı bildirilib.

Belə ki, Pentaqonun başqa bir açıqlamasında Kovid-19-un ilk dəfə Pentaqon binasında bir əsgərdə aşkarlandığı və həmin əsgərin hazırda hazırda evdə karantində olduğu bildirilib.

Qeyd edək ki, sözügedən əsgərin sonuncu dəfə martın 13-də Pentaqon binasında olduğu da paylaşılmışdı.