Polis "OBA market"dən oğurluq etmək istəyən şəxsi saxladı

Bakıda mağazada oğurluğa cəhd olunub.

Polis "OBA market"dən oğurluq etmək istəyən şəxsi saxladı
https://peyk.az

Peyk.az-ın xəbərinə görə, hadisə martın 22-də saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Nurlan İsmayılov marketdən oğurluğa cəhd edən zaman ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində "isti izlər"lə saxlanılıb və 30-cu Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.