Poqba İnstagramda pul yığır

“Mançester Yunayted”in futbolçusu Pol Poqba sosial şəbəkədə aksiyaya başlayıb.

Poqba İnstagramda pul yığır
https://peyk.az

Peyk.az xəbər verir ki, Poqba İnstagram səhifəsində elan etdiyi aksiyada pul toplayır. O, yığılan vəsaiti koronavirusla mübarizə üçün UNİCEF-in hesabına köçürəcək. Martın 15-də 27 yaşı tamam olan Poqba İnsatqram səhifəsində yazıb:

“Bu gün mənim doğum günümdür. Xoşbəxtlikdən ailəm, yaxınlarım sağlamdırlar. Ancaq hazırda bu o qədər də önəm kəsb etmir. Çünki koronavirus milyonlarla insanın həyatını təhdid edir. Belə məqamda biz birlikdə hərəkət etməliyik”.