Prezident koronavirusun ocağına gedir - 2 gün orada qalacaq

Pakistan Prezidenti Arif Alvi Çinə rəsmi səfərə gedir.

Prezident koronavirusun ocağına gedir - 2 gün orada qalacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Alvinin səfəri 2 gün çəkəcək. O, Çinin lideri Si Cinpinlə görüşəcək.

Pakistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Alvini Çinə etdiyi səfəri zamanı Xarici İşlər Naziri Şah Mahmud Kureyşi, Planlaşdırma, İnkişaf və Xüsusi Müəssisələr naziri Əsəd Ömər və yüksək vəzifəli şəxslərdən ibarət bir heyətin müşayiət ediləcəyi bildirilib.

Ziyarətin məqsədi Çinə Kovid-19 epidemiyasına qarşı mübarizədə kömək göstərməkdir.

Qeyd edək ki, Çinin Uhan şəhərində ortaya çıxan və 157 ölkəyə yayılan epidemiya 170 min nəfərə yoluxub.