Qatil həkim koronavirusu bəhanə edib azadlıq istədi

Türkiyədə anestezioloq Ayşə Karamanı öldürən həkim Özgür Tarhan məhkəmədə koronavirusdan istifadə edib.

Qatil həkim koronavirusu bəhanə edib azadlıq istədi
https://peyk.az

Peyk.az xəbər verir ki, Özgür Tarhan məhkəmdə ölkədə koronavirusun geniş yayıldığını və insanların həkim kimi ona ehtiyac duyduğunu bildirərək sərbəst buraxılmasını istəyib.

Məhkəmə keçmiş həkimin tələbini rədd edib.

Qeyd edək ki, Özgür Tarhan ilə eyni xəstəxanada işləyən Ayşə Karamanın meyiti onun evindən tapılıb.