Qiymətlər qalxdı - Koronavirusa görə

Aşqabad əhalisi ərzaq tədarükü edir, qiymətlər rekord qırır, günəbaxan yağı, toyuq, soğan və digər məhsulların qiyməti demək olar ki, üç qat bahadır. Bazarlarda polis nəzarəti həyata keçirilir.

Qiymətlər qalxdı - Koronavirusa görə
https://peyk.az

Peyk.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı “Azadlıq” nəşrinin Aşqabaddakı müxbiri yayıb.

Mənbə bildirir ki, bu gün günəbaxan yağı bütün rekordları qırır. Beş litrlik günəbaxan yağı demək olar ki, üç dəfə artıb və 200 manatdır (Mərkəzi Bankın məzənnəsi ilə 57 dollardır).

“Mağazalarda xaosdur, hamı qaçaraq ərzaq alır”, deyə “Azadlıq” nəşrinin müxbiri bildirib.

“Azadlıq” nəşrinin daha bir müxbirinin verdiyi məlumata görə, paytaxt bazarlarında toyuqların qiyməti kəskin artıb: “Qiymət etiketi olmadan kiloqramı 30 manatdan satılır. Ev toyuqlarının isə bir dənəsi 25 manatdan satılır”.

Yerli orqanlar qida mağazalarında müşahidə aparırlar. Xüsusilə, Tekinsk bazarındakı dükanlarda məhsullar polis işçilərinin nəzarəti altında satılır.

Hazırda Türkmənistanın paytaxtına nəqliyyat vasitələrinin girişi və çıxışı bağlanıb. Bu haqda ölkə rəhbərliyinin nə rəsmi açıqlamaları, nə də dövlət mətbuatında mesajları olub.

“Yalnız əyalətlərə qatarla və ya təyyarə ilə gedə bilərsiniz, ancaq sağlamsınızsa, heç yerə gedə bilməzsiniz. Bu haqda sənədin haradan alınacağını isə heç kim bilmir” deyib.

Türkmənistan koronavirusun yayılmadığı az ölkələrdən biridir.