Qubada iki avtomobil toqquşub ölən və yaralananlar var

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qubada iki avtomobil toqquşub ölən və yaralananlar var
https://peyk.az

Peyk.az xəbər verir ki, insident Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "VAZ 2106" markalı minik maşını ilə "NAZ Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən "VAZ 2106" iki hissəyə bölünüb. Digər avtomobil isə deformasiyaya uğrayıb. Həmin maşının içərisində sıxılıb qalmış sürücünü çıxarmaq üçün dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub. Sürücü avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılardan Mahir Babayevin həyatını xilas etmək mümkün olmayıb. Qəzada xəsarət alan digər iki nəfər - Elmar Rzayev və Zaman Ramazanovun müalicəsi isə davam etdirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.