Rafael Dadaşov II Fəxri xiyabanda dəfn ediləcək

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.

Rafael Dadaşov II Fəxri xiyabanda dəfn ediləcək
https://peyk.az

Peyk.az xəbər  verir ki, bunu “Report”a açıqlamasında Xalq artisti Briliant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək: “Sabah hava şəraitinin əlverişsiz olacağına dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəliyyətinin koronavirusa görə məhdudlaşdırdığı üçün orada vidalaşma mərasimi olmayacaq. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.