"Real" ən azı 4 futbolçusunu satmaq istəyir

"Real" yeni transferlər etməzdən əvvəl ən azı dörd futbolçusu ilə yolları ayırmağa hazırlaşır.

"Real" ən azı 4 futbolçusunu satmaq istəyir
https://peyk.az

Peyk.az "AS"a istinadən xəbər verir ki, Madrid klubu Qaret Beyl, Xames Rodriqes, Lukas Vaskes və Mariano Diası satmağı planlaşdırır.

Bundan başqa, Luka Modriç, Marselo, Naço Fernandes və Brahim Diasın komandanı tərk edə biləcəkləri iddia olunub. Onların icarəyə göndərilmək variantının da olduğu yazılıb.