"Ronaldo dünyanın ən yaxşısıdır" - Pele

Futbol kralı Pele hazırda dünyanın ən yaxşı futbolçusunun "Yuventus"lu Kriştianu Ronaldo olduğunu bildirib.

"Ronaldo dünyanın ən yaxşısıdır" - Pele
https://peyk.az

Peyk.az xəbər verir ki, braziliyalı canlı əfsanə Portuqaliya millisinin kapitanını hətta "Barselona"lı Lionel Messidən də üstün tutub.

80 yaşlı üçqat dünya çempionu bunu Ronaldonun stabilliyi ilə əlaqələndirib: "Düşünürəm ki, Kriştianu Ronaldo hazırda dünyanın ən yaxşısıdır. O, ən stabil oyunçudur. Ancaq təbii ki, Messini də unutmaq olmaz".

Pele futbol tarixinin ən yaxşısı kimi isə özünü göstərib: "Çətin sualdır. Ziko, Ronaldinyo, Ronaldo, avropalılardan Bekkenbauer, Kroyffu unutmamalıyıq. Bu mənim günahım deyil, ancaq fikrimcə, Pele hamısından yaxşı idi. Çünki onları mənimlə müqayisə edirlər".