Ronaldodan "Evdə qal" çağırışı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo insanları koronavirus səbəbindən evlərini tərk etməməyə çağırıb.

Ronaldodan "Evdə qal" çağırışı
https://peyk.az

Peyk.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə özünün "İnstaqram" səhifəsində yazıb:

"Bu çətin zamanlarda sağlığımız, ailəmiz və sevdiklərimiz üçün minnətdar olaq. Evdə qalın və bizim həyatımızı xilas etmək üçün çalışan səhiyyənin bütün işçilərinə kömək edin".