Roza Zərgərli əməliyyatından danışdı: "Ağır proses idi"

Müğənni Roza Zərgərli səhhətindən danışıb.

Roza Zərgərli əməliyyatından danışdı: "Ağır proses idi"
https://peyk.az

Peyk.az xəbər verir ki, bir neçə həftə əvvəl ayağından ağır əməliyyat keçirən sənətçi evə buraxıldığını deyib:

"Əməliyyat 6 saat davam etdi. Üç həkim ayağımdakı problemi aradan qaldırmağa çalışdı. 2 saat reanimasiyada qalmışam. Bir neçə gündür evə buraxılmışam. Çətin və ağrılı proses idi, amma nəticə yaxşı oldu.

Düzdür, hazırda yerimə məhdudiyyətim var. Dünən bir az yeridim. Ağrılarım olur, iynələr vurulur. Həkim deyib ki, bunlar normaldır, zamanla keçəcək.
İndi koronavirus problemi elə yayılıb ki, heç ayağım yadıma düşmür. İnşallah, tezliklə bu virus yox olar".

Qeyd edək ki, R.Zərgərlinin ayağına kök hüceyrə transplantasiyası icra edilib.