Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdı.

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir.

Açıqlamaya görə, bu addım COVİD-19 virusunun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.