Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

"Rospotrebnadzor"un ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət") alimləri koronavirusu dəqiq müəyyən edən test hazırlayıblar.

Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı
https://peyk.az

Bu barədə TASS məlumat yayıb.

Test artıq sınaqdan keçirilib və Rusiyada istifadə olunmaq üçün qeydiyyata alınıb.

Yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər qohum viruslardan ayırmaq imkanı da yaradır.