Rusiyada qaydanı pozan sürücü 1 nəfəri öldürdü 5-ni isə xəstəxanalıq etdi

Rusiyanın Arxangelsk şəhərində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Peyk.az xəbər verir ki, qəza Lenin küçəsində qeydə alınıb.

Kadrlarda, "Renault Logan" markalı avtomobilin hərəkətdə olduğu, bu zaman ona yol verməli olduğu halda qaydalara riayət etmədiyi və ikinci dərəcəli yoldan əsas yola çıxan "Volkswagen Transporter"in "Logan"a yan arxa hissədən çırpıldığı görülür. Zərbənin təsirindən "Renault"ın idarəetməsini itirən sürücü hərəkətin əks zolağına keçərək qarşıdan gələn "Nissan Juke"la toqquşur.

Yerli KİV-nin məlumatına görə, hadisə nəticəsində "Logan"ın 41 yaşlı qadın sərnişini hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 18 yaşlı qızı və 9 yaşlı oğlu, həmçinin "Nissan"da olan daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.