Səhiyyə naziri karantin rejimini pozdu üzr istədi

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirusun yayılması ilə bağlı elan edilən karantin rejimini pozub.

Səhiyyə naziri karantin rejimini pozdu üzr istədi
https://peyk.az

Peyk.az xəbər verir ki, nazir əməlinə görə ictimaiyyətdən üzr istəyib.

D.Klark dağ velosipedi sürmək üçün Dunedindəki evindən 2 kilometr uzaqlıqdakı parka getdiyi vaxt bölgədən keçən vətəndaş onu tanıyıb.

Vətəndaş daha sonra nazirin fotosunun olduğu avtomobilin şəkilini çəkərək yerli mətbuata ötürüb.

KİV-də yayılan məlumatı təsdiqləyən nazir karantin rejimini pozduğunu etiraf edib və ictimaiyyətdən üzr istəyib.

Qeyd edək ki, Yeni Zelandiyada virusa yoluxanların sayı 863 nəfərə çatıb, 103 nəfər sağalıb, 1 nəfər isə həyatını itirib.