"Sən bizə od qoydun" – tanınmış müğənni üsyan etdi

Koronavirus səbəbi ilə evdə qalan, konsert və tədbirlərdən təcrid olunan məşhurlar öz paylaşımlarında izləyicilərinə evdə qalmağı tövsiyyə etsələr də, evdə sıxıldıqlarını da gizlətmirlər.

"Sən bizə od qoydun" – tanınmış müğənni üsyan etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, tanınmış müğənni Aysel Əlizadə də sosial media hesabında “Evdəqal” haştağı ilə post paylaşıb.

Müğənni iti ilə birlikdə çəkdirdiyi fotonu paylaşıb. Paylaşdığı fotoya geniş şərh yazan Ayselin vəziyyətə üsyanı da gözdən qaçmayıb. Postda qeyd olunur:

“Karantin, sən bizə od qoydun. Hələ virusdan danışmıram. Artıq camaat söz tapmır. Söhbət də qurtarıb. Heç kim heç kimi görmür axı”.

Post izləyicilər tərəfindən bəyənilib. Şərhlərdə müğənninin fikri ilə razılaşanlar da az olmayıb.

"Sən bizə od qoydun" – tanınmış müğənni üsyan etdi