Samsung şirkəti smartfon kameraları üçün 150 MP-lik kamera sensoru üzərində çalışır

Samsung-un smartfon kameraları üçün istehsal etdiyi 108 MP-lik ISOCELL Bright HM1 sensorunun tətbiqinə hələ bir neçə müddət bundan öncə başlanılmışdı.

Samsung şirkəti smartfon kameraları üçün 150 MP-lik kamera sensoru üzərində çalışır
https://peyk.az

Lakin insayderlərin verdikləri məlumata əsasən şirkət bu il daha təkmilləşdirilmiş kamera sensorunu təqdim edəcək və o, mobil cihaz bazarında ən yüksək göstəricili kamera sensoru olacaq. Bu barədə Slashgear saytı xəbər verib.

    Məlumata əsasən Samsung şirkəti hal hazırda 150 MP-lik kamera sensoru üzərində çalışır və həmin kamera sensoru Samsung Nanocell texnologiyasını dəstəkləyəcək. Bu texnologiya işıq həssaslığını artırmaq üçün digər 9 pikseli 1 böyük pikselə birləşdirir. Beləliklə 16 MP-lik kamera ilə gecə mühitində çəklmiş fotolar standart rejimdə çəkilmiş fotolardan yüksək keyfiyyətləri ilə fərqlənəcəklər.

    Samsung-un bu yeni kamera sensorunun kommersiya adı açıqlanmır. Təsdiq olunmamış məlumata əsasən şirkətin yeni kamera sensorunu əldə edəcək ilk smartfon Xiaomi-nin yeni flaqman smartfon modeli olacaq. Məlumata əsasən həmin smartfonun satışı bu ilin sonuna planlaşdırılır. Samsung-un bu yeni kamera sensorunun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.