Soyuqdəymədən qoruyan EFFEKTLİ ÜSULLAR

Dəyişkən hava şəraitində qrip və soyuqdəymə halları kəskin şəkildə artır.

Soyuqdəymədən qoruyan EFFEKTLİ ÜSULLAR
https://peyk.az

Peyk.az xəbər verir ki, Böyük Britaniyanın elm adamları virusdan qorunmaq üçün bəzi tövsiyyələr veriblər:

1. Həkimlər hesab edir ki, burun nahiyyəsini tez-tez isitmək soyuqdəymədən yayınmağa kömək edə bilər. Məsələn burunu buxarla isitmək olar. Bildirilir ki, burun nahiyyəsində hərarət aşağı düşərsə qan dövranı və mikroblarla mübarizə aparan immunitet hüceyrələrinin fəaliyyəti zəifləyir. Bu da soyuqdəyməyə yoluxma təhlükəsini artırır.

2. İmmunitet sistemini gücləndirən D vitamini ilə zəngin qidaların qəbulunu artırmaq lazımdır - balıq, yumurta, süd məhsulları.

3 Paltarları isti suda yumaq lazımdır. 40 dərəcədən artıq temperaturda viruslar ölə bilir.

4. Burunu duzlu su ilə yumaq lazımdır - “Dəniz suyu”. Bu halda burun boşluğuna düşən viruslar sıradan çıxır.

5. Şirniyyatlardan imtina etmək lazımdır. Şəkər immunitet sisteminə mənfi təsir edir.