Türkiyədə 65 yaşdan yuxarı olanlara evdən çıxmaq qadağası qoyuldu

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyədə 22 mart saat 00.00-dan etibarən yaşı 65 və daha yuxarı olan vətəndaşlara evlərindən çıxmağa müvəqqəti olaraq qadağa qoyulur.

Türkiyədə 65 yaşdan yuxarı olanlara evdən çıxmaq qadağası qoyuldu
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu qadağa xroniki xəstəlikləri olan vətəndaşlara da şamil edilir.