Təcili yardım maşını ilə rayondan sərnişin daşıyan sürücü işdən çıxarıldı

Təcili tibbi yardım avtomobili ilə rayon qeydiyyatında olan şəxsləri Bakıya daşıyan sürücü ilə bağlı qərar verilib.

Təcili yardım maşını ilə rayondan sərnişin daşıyan sürücü işdən çıxarıldı
https://peyk.az

Peyk.az-ın əldə etdiyi məlumata görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin sürücüsü Sadiq Səmədov işdən çıxarılıb.

Qeyd edək ki, adı çəkilən sürücü 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa, daha dörd nəfər də olub.

Polis əməkdaşları sərnişini avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.