Tanınmış müğənninin son restoranı da bağlandı

Rusiyanın tanınmış müğənnisi və teleaparıcısı Olqa Buzova restoran biznesində itkilərə məruz qalır.

Tanınmış müğənninin son restoranı da bağlandı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu haqda məlumatı Teleprogramma.pro nəşri yayıb.

Bir neçə ay əvvəl Moskvada ona məxsus olan iki restoranın bağlandığı məlum olub.

Medianın yazdığı kimi, restoranlar populyar olmayıb, əksinə ziyarətçilər yeməklərin keyfiyyəti ilə bağlı çoxlu şikayət ediblər.

İndi müğənniyə məxsus son restoranın növbəsidir.

Son vaxtlara qədər bu restoran Sankt-Peterburqda işləyib. Lakin vergi idarəsi onun hesabını dondurub. Çoxsaylı pozuntulara görə, onun bağlanacağı da deyilir.

Beləliklə, ona cərimələr tətbiq olunub, lakin vəziyyət dəyişməyib. İndi iş faktiki olaraq dayandırılıb.

Olqa Buzova “İnstaqram”da yeni bir rekord qırdığını söyləyib. İndi 20 milyon nəfər onun istifadəçidir.